“Narkomaniyaya yox deyirik” devizi altında üzgüçülük üzrə Sumqayıt şəhər birinciliyi keçirilib.
Sumqayıt24 xəbər verir ki, yarış 2011-2012, 2013-2014, 2015-2016, 2017-ci il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında təşkil olunub. Birinciliyin qalib və mükafatçıları medal və diplomla təltif olunub.
Qeyd edək ki, turnir Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Yarışın keçirilməsində məqsəd şəhərdə üzgüçülük idman növünün təbliği və inkişafı, şəhər yığma komandasının komplektləşdirilməsidir.