top
10-cu qızıl medalımı da qazanmaq istəyirəm - Sumqayıtlı cüdoçu
22 sentyabr 2025, 22:04
- ↺ +

10-cu qızıl medalımı da qazanmaq istəyirəm - Sumqayıtlı cüdoçu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Doqquzqat Avropa çempionu olan Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Report.az- a müsahibə verib. Təcrübəli idmançı son olaraq Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib çıxmasından danışıb. İkiqat paralimpiya çempionu daha bir neçə il Azərbaycan bayrağını yüksəklərə qaldırmaq istədiyini deyib.

- Son olaraq Gürcüstanda keçirilən Avropa çempionatında qızıl medal qazandınız. Təəssuratlarınızı bilmək maraqlıdır.

- İki il idi ki, qızıl medal yox idi. Finalda daha əvvəl məğlub olduğum moldovalı İon Basocuya qalib gəldim. Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan bayrağını zirvəyə qaldırdığım üçün fəxr edirəm. Qələbəmi Azərbaycan xalqına, ölkə başçısı Prezident İlham Əliyevə, Vətən müharibəsində şəhid olan əsgərlərimizə və qazilərə həsr edirəm.

- Sentyabrın 20-də Avropa çempionu oldunuz. Həmin tarix iki əlamətdar hadisə ilə yadda qalıb - 2004-cü ildə Yunanıstanda keçirilən Afina-2004 Yay Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazanmağınız və Azərbaycanda Dövlət Suverenliyi gününün qeyd olunması. Bununla bağlı nə deyə bilərsiniz?

- Belə bir əlamətdar gündə qızıl medal qazanmağım, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və bayrağımızın ən ucada dalğalanması çox ülvi hisslərdir. Bunu sözlə ifadə etmək çətindir. Bu cür gözəl duyğuları yaşamağı hər bir Azərbaycan idmançısına arzu edirəm.

- Kolleksiyanızda bütün medallar mövcuddur. Növbəti hədəfiniz nədən ibarət olacaq?

- Allah Azərbaycan idmançılarını zədədən qorusun. İnşallah, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək və çempion olmaq istəyirəm. Avropa çempionatında yubiley olan 10-cu qızıl medalımı da qazanmaq istəyirəm. Axı niyə də olmasın?!

- Hazırda 45 yaşınız var və Azərbaycan paracüdoçuları arasında ən təcrübəlisiniz. Yarışlarda iştirak etmək üçün özünüzdə nə qədər güc görürsünüz?

- Nə qədər gücüm var, Azərbaycan dövlətinə, millətinə xidmət etmək istəyirəm. Gücüm yetdiyi qədər davam edəcəyəm. Finalda məğlub etdiyim idmançı məndən 17 yaş kiçik idi. Bu göstərir ki, bizdə hələ də alınır. Mənim işim xalqımızı qələbələrlə sevindirməkdir.

- Hazırda Azərbaycanın gənc paracüdoçuları arasında yeni İlham Zəkiyevlər yetişir?

- Doğrusunu desəm, hələ ki, ikinci İlham Zəkiyev yoxdur. Çox istəyirik ki, gənclərimiz inkişaf etsinlər və müxtəlif nailiyyətlərlə Azərbaycan xalqına qələbələr bəxş etsinlər. 44 günlük Vətən müharibəsindən sonra qazilərlə görüşlər oldu və mən də orada iştirak etdim. Onlara təklif olundu ki, həyatlarına idmanla davam etsinlər. Tək paracüdo yox, digər idman növlərində çıxış etmək təklif olundu. Əksəriyyəti razılaşdı, yarışlarda iştirak edənlər də oldu, nəticə qazananlar da. Onlar necə ki, zamanında Şuşada, Xankəndidə və digər işğaldan azad olunan ərazilərimizdə şanlı bayrağımızı dalğalandırıblarsa, beynəlxalq arenalarda da bunu təkrarlayacaqlar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Bu gün, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Oxşar xəbərlər