18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir.
29 dekabr 1991-ci ildə Azərbaycan Respublikasında ümumxalq səsverməsi - referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual var idi: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verdi.
1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət Himnini, bir müddət sonra isə Dövlət Bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət Gerbini təsdiq etdi.
18 Oktyabr 1992-ci ildən Azərbaycanda bayram kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən isə bu tarix Azərbaycanda Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
Mənbələr: