Nizami Gəncəvi adına Kitabxana Klubda qazi Pərvin Abdullayevlə görüş keçirilib. Sumqayıt24 bu haqda 16 may tarixində xəbər verir.
Tədbirdə Polad Həşimov adına 28 nömrəli məktəbin müəllim və şagirdləri iştirak ediblər. Baş leytenant Pərvin Abdullayev qonaqlara ordumuzun Vətən müharibəsində göstərdiyi şücaətdən və öz döyüş yolundan danışıb.
Şagirdlərin çoxsaylı suallarını cavablandırdıqdan sonra o, yeniyetmələrin vətənpərvər yetişməsində təhsilin önəmi olduğunu vurğulayıb.
Kitabxananın əməkdaşı Lalə Ağayeva “Qarabağ Azərbaycandır” adlı sərgi barədə məlumat verib. Sonda Sumqayıt MKS-nin metodika şöbəsinin müdiri Təranə Hüsiyeva şagirdlərə öz tövsiyələrini çatdırıb.