Sumqayıtda piyada qəza zamanı xəsarət alıb. Sumqayıt24 bu haqda 18 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə gecə saatlarında qeydə alınıb. Məlumata görə, yolu keçən 37 yaşlı Qoşqar Aslanovu avtomobil vurub. Kişi müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.