Sumqayıtda orta yaşlı kişi özünü yandırıb. Sumqayıt24 bu barədə 9 sentyabr tarixində Xeberle.com-a istinadən məlumat verir.
Hadisə şəhərin 10-cu mikrorayonunda baş verib. 39 yaşlı N. Məmmədov yaşadığı binanın blokunda özünü yandırıb. Qardaşı, 34 yaşlı R. Məmmədov yanğını söndürmək istədikdə onun bədəninin yuxarı nahiyələri yanıb. Hər iki şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Daha sonra isə qardaşlar Bakı Yanıq Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.