Uşaq evinin məzunu Xəlil Eldarovun ailəsi ziyarət olunub. Bu barədə 12 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Ailə 4 azyaşlı uşağı ilə birlikdə “Stansiya Sumqayıt” deyilən ərazidə şəhid ailələri, qazilər və qaçqınlar üçün salınmış şəhərcikdə yaşayır. "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İB-nin sədri Yasəmən Qəyyumlu onlara ərzaq sovqatları çatdırıb, mövcud problemlərini qeydə alıb.