top
700 bal toplayan Sumqayıt məzunlarının sonrakı taleyi
28 avqust 2026, 19:04
- ↺ +

700 bal toplayan Sumqayıt məzunlarının sonrakı taleyi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əvvəlki illərdə qəbul imtahanlarında 700 bal toplayan Sumqayıt məktəblərinin məzunlarının hazırda hansı sahələrdə çalışdığı və yüksək nəticənin onların karyerasına necə təsir etdiyi ilə bağlı araşdırma apardıq.

2017-ci ildə Təbiət Elmləri Təmayüllü Gimnaziyanı bitirən Eldar Əfəndiyev Sumqayit24.az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, universitetin ilk illərində yüksək nəticə müəllimlərdə müsbət təəssürat yaratsa da, sonrakı karyera həyatında bunun əhəmiyyətli təsiri olmayıb.

Məzun bildirib ki, universiteti üç il əvvəl başa vurduqdan sonra birbaşa Almaniyaya gedib. Hazırda isə burada uzmanlıq təhsilini davam etdirir və neyrocərrahiyyə üzrə rezident həkim kimi fəaliyyət göstərir.

Beləliklə, vaxtilə qəbul imtahanında maksimum nəticə göstərən Sumqayıt məzunlarının karyera yolları fərqli istiqamətlərdə davam edib. Onlardan biri təhsil sahəsində müəllim kimi çalışır, digəri isə Almaniyada neyrocərrahiyyə üzrə ixtisaslaşır.

2018-ci ildə Təbiət Elmləri Təmayüllü Gimnaziyanı bitirən Cahan Haşımzadə də Sumqayit24.az-ın suallarını cavablandırıb.

- Topladığınız 700 balın karyera həyatınıza hansı müsbət təsiri olub?

- 700 bal toplamağımın karyera həyatımda ilk və ən böyük təsirlərindən biri universitet seçimində ən yaxşı imkanlardan birini əldə etməyim oldu. Həmin il ADA Universiteti 700 bal toplayan tələbələrə ödənişsiz təhsil imkanı yaradırdı. Mən də bu fürsətdən yararlanaraq ADA Universitetində Biznesin İdarə Edilməsi ixtisasını seçdim və yaxşı təhsil almaq imkanı qazandım.

Düşünürəm ki, yüksək nəticə sonrakı iş və karyera həyatımda da mənə bir çox qapılar açdı. Güclü akademik nəticənin və yaxşı universitetdə təhsil almağın yaratdığı imkanlar gələcəkdə qarşıma çıxan fürsətləri dəyərləndirməyimə kömək etdi.

700 bal toplamağın mənim üçün digər təsiri isə özünəinamımla bağlı oldu. Nəticəmi eşidən insanların reaksiyası mənim üçün maraqlı təcrübə idi və bu uğur özünəinamıma ciddi təsir göstərdi. Mən də bu özünəinamdan özümü inkişaf etdirmək və daha böyük məqsədlər qoymaq üçün istifadə etməyə çalışdım.

- Hazırda hansı sahə üzrə və harada çalışırsınız? Təhsil aldığınız ixtisas üzrə fəaliyyət göstərirsinizmi?

- Bakalavriatdan sonra eyni universitetdə Təhsilin İdarə Edilməsi üzrə magistratura təhsili almışam. Hazırda Landau School-da ingilis bölməsinin Secondary School pilləsində riyaziyyat müəlliməsi kimi çalışıram.

Bakalavr təhsilim birbaşa müəllimliklə bağlı olmasa da, magistratura təhsilimin və peşəkar fəaliyyətimin istiqaməti təhsil sahəsində davam edib. Biznes təhsili zamanı qazandığım analitik düşüncə və idarəetmə bacarıqları ilə yanaşı, Təhsilin İdarə Edilməsi üzrə magistratura təhsilim də hazırkı fəaliyyətim üçün faydalı olub.

Bir vaxtlar 700 bal toplamış abituriyent kimi, bu gün həmin yoldan keçən şagirdlərimə yüksək nəticələr əldə etməkdə kömək etmək mənim üçün həm motivasiya, həm də qürur mənbəyidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Oxşar xəbərlər