Yaşma bağlarında "Açıq mikrofon" aksiyası baş tutub. Bu haqda 31 avqust tarixində Sumqayıt24 “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Görüş zamanı "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev burada tətbiq olunan pilot layihədən danışıb. Pilot layihə əsasında sözügedən ərazidə qaz istehlakçılarının mövcud sayğacları yeniləri ilə əvəz olunur və sayğacların üzərinə “smart-ötürücü”lər quraşdırılır.
O, layihənin bir sıra üstünlüklərindən söz açıb. Abonentlərlə birlik əməkdaşları arasında təmas minimuma endiriləcək, sərf olunmuş təbii qazın dəyəri artıq məsafədən hesablanacaq.
Daha sonra "Səyyar qəbul otağı" sakinlərin ixtiyarında olub. Vətəndaşlar qaz təchizatı ilə bağlı həm üzləşdikləri çətinliklər, həm də tətbiq olunan layihə ilə bağlı fikirlərini səsləndiriblər.