Bu gün birinci sinfə qədəm qoyan şagirdlər arasında şəhid Elgün Abbaslının qızı da var.
Sumqayit24.az-a daxil olan məlumata görə, Nəzrin Abbaslı bu gün ilk dəfə məktəbə gedərək birinci sinifdə təhsil almağa başlayıb.
O, həmçinin atasının məzarını ziyarət edib.
Qeyd edək ki, Elgün Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində anadan olub. 1992-ci ildə Laçın işğal olunduqdan sonra ailəsi ilə birlikdə Sumqayıta köçüb. Ailəli idi, bir qızı yadigar qalıb.
Elgün Abbaslı 44 günlük Vətən müharibəsində iştirak edib. O, 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Elgün Abbaslı Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.