Aktyorluq həyatına ilk addımlarını Sumqayıtda atan əməkdar artist Elşən Şirəliyev dünyasını dəyişib. Bu haqda Sumqayıt Dövlət Dram Teatrının rəsmi Facebook səhifəsinə istinadən xəbər veririk.
Aktyor 1983-cü ildə “Dram və kino aktyorluğu” fakültəsini bitirən kimi təyinatla Sumqayıt Dram Teatrında işləməyə başlayıb. O, burada 6 il çalışıb, 1989-cu ildən isə Azərbaycan Dövlət Gənclər Teatrına keçid edib. 2009-cu ildən etibarən isə Gənc Tamaşaçılar teatrının aktyoru olub.
Sumqayıt Teatrında izləyiciləri heyran qoyan Elşən Şirəliyevin rolları: