Sumqayıtın Niyazi küçəsində aparılan qazıntı işlərindən sonra piyada keçidinin bir hissəsi bərpa edilməyib.
Bu barədə Sumqayit24.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, qazıntı işləri başa çatsa da, yaranan çuxur və torpaq örtüyü olduğu kimi qalıb. Yağış yağacağı təqdirdə ərazi palçığa çevriləcək və piyadaların hərəkəti daha da çətinləşəcək.
Onlar qeyd edirlər ki, söhbət böyük bir ərazidən getmir və işlər yekunlaşdığı halda keçidin bərpasının niyə gecikdiyini anlamırlar.