top
Ali məktəbə qəbul reytinqində Sumqayıt niyə birincidir?
23 iyun 2026, 12:00
- +

Ali məktəbə qəbul reytinqində Sumqayıt niyə birincidir?

Böyük şəhərlər arasında ali məktəblərə qəbul göstəricilərində Sumqayıt birinci yerdədir.

Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsindəki məlumatlara görə, şəhərdən imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26%, 2720 qız abituriyentin isə 49,85% ali təhsil müəssisələrinə qəbul olunub. Bu göstəricilər respublika üzrə orta nəticələrdən (oğlanlarda 37,03%, qızlarda 41,91%) xeyli yüksəkdir.

Dövlət sifarişi ilə qəbulda da Sumqayıt ön sıralardadır. Oğlan abituriyentlərin 27,87 faizi, qızların isə 29,74 faizi büdcə hesabına təhsil almaq hüququ qazanıb.

Təhsil eksperti Sona Əliyeva bildirib ki, bu nəticə təsadüfi deyil. Onun fikrincə, Sumqayıtda illərlə formalaşmış təhsil mühiti, valideynlərin təhsilə ciddi yanaşması, hazırlıq imkanları və Bakıya yaxınlıq mühüm rol oynayır.

"Sumqayıt nə resurs çatışmazlığı yaşayan rayonlar, nə də Bakı kimi həddindən artıq dağınıq təhsil mühitinə malikdir. Burada akademik rəqabət formalaşıb və ali təhsil ailələrin sosial yüksəliş yolu kimi qəbul olunur", – deyə ekspert bildirib.

Əliyeva qeyd edib ki, Sumqayıt abituriyentləri həm şəhərdəki imkanlardan, həm də Bakıdakı müəllim və kurslardan yararlana bilirlər. Onun sözlərinə görə, yüksək nəticələr məktəb-valideyn-şagird əməkdaşlığının uğurlu modelindən xəbər verir.

Ekspert qızların qəbul göstəricisinin daha yüksək olmasını da müsbət hal kimi qiymətləndirib: "Bu, ailələrin qızların təhsilinə və gələcək müstəqilliyinə verdiyi önəmi göstərir".

Sona Əliyeva hesab edir ki, Sumqayıtın təhsil uğuru ayrıca araşdırılmalı, burada formalaşan müsbət təcrübənin digər şəhər və rayonlarda tətbiqi imkanları öyrənilməlidir.

Mənbə: Aqreqator.az

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Bu gün, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Bu gün, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Bu gün, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Bu gün, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Bu gün, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Bu gün, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Bu gün, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Bu gün, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Bu gün, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Bu gün, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Bu gün, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Bu gün, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Bu gün, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Bu gün, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Bu gün, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Bu gün, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Bu gün, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Bu gün, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər