top
Ali məktəblərdə təhsil artacaq?
25 mart 2026, 09:15
- +

Ali məktəblərdə təhsil artacaq?

Son illər ali təhsil müəssisələrində təhsil haqlarında artım müşahidə olunur və bu məsələ abituriyentlər və valideynlər arasında müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı Modern.аz-a açıqlama verən Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev bildirib ki, artımın əsas səbəblərindən biri müəllim və universitet əməkdaşlarının maaş tələblərinin yüksəlməsidir. Onun sözlərinə görə, yaşayış səviyyəsinin artması universitet xərclərinə birbaşa təsir edir və ali məktəblər keyfiyyətli kadrları cəlb etmək üçün daha yüksək əməkhaqqı təklif etməyə məcbur qalır.

Deputat əlavə edib ki, tələbə və valideynlərin daha keyfiyyətli təhsil gözləntiləri də xərcləri artırır. Müasir infrastrukturun qurulması, yeni binalar, laboratoriyalar və xüsusilə texnoloji ixtisaslar üzrə bahalı avadanlıqların alınması ciddi maliyyə tələb edir. Eyni zamanda, populyar ixtisaslara tələbatın artması bazar prinsiplərinə uyğun olaraq təhsil haqlarının yüksəlməsinə səbəb olur.

Onun sözlərinə görə, xarici universitetlərlə əməkdaşlıq, ikili diplom proqramları və rəqəmsallaşma da əlavə xərclər yaradan əsas amillər sırasındadır.

Təhsil eksperti Ramin Nurəliyev isə qeyd edib ki, dövlət universitetlərində təhsil haqları Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılaraq müəyyən olunur. Özəl universitetlərdə isə qiymətlər rəhbərlik və ya idarə heyəti tərəfindən formalaşdırılır.

Ekspert vurğulayıb ki, təhsil haqqına universitetin nüfuzu, tədris keyfiyyəti, maddi-texniki bazası və rəqabət qabiliyyəti ciddi təsir edir. Bu səbəbdən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universiteti kimi ali məktəblərdə təhsil haqları daha yüksəkdir.

O, həmçinin qeyd edib ki, eyni universitet daxilində belə ixtisasdan asılı olaraq qiymətlər dəyişir və daha çox tələb olan sahələrdə təhsil haqqı daha yüksək olur.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:30

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Oxşar xəbərlər