Bu gün Sumqayıtlı şəhid Əbil Cəbizadənin anım günüdür.
Corat qəsəbə sakini, 27 yaşlı Əbil cəbhəyə könüllü yola düşüb. Qızğın döyüşlər vaxtı o, yaralı əsgər yoldaşlarını öz çiynində daşıyaraq onları xilas edib.
Ali təhsilli iqtisadçı Əbil Cəbizadə Füzuli, Cəbrayıl və Xocavəndin düşməndən azad edilməsində fəal iştirak edib. 14 oktyabr 2020-ci ildə düşmənin atdığı minaatan mərmisi onun olduğu avtomobilə dəyib və o, qəhrəmancasına şəhid olub. "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailəsi deyir ki, Əbil Xocalının ildönümü günü dünyaya gəldiyinə görə, heç vaxt öz doğum gününü qeyd etməyib.