top
Antiterror əməliyyatlarının sumqayıtlı şəhidləri
19 sentyabr 2025, 00:44
- ↺ +

Antiterror əməliyyatlarının sumqayıtlı şəhidləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri 23 saat 43 dəqiqə davam edib. Bundan sonra tam atəşkəs haqqında razılaşma əldə olunub.

Sumqayit24.az xəbər verir ki, Ermənistan ordusu tam tərksilah edilərək ölkədən çıxarıldı, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycanın dövlət suverenliyi təmin edildi və nəhayət, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran kimi bölgələrimizdə də üçrəngli bayrağımız yüksəldi.

Antiterror tədbirləri zamanı Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən şəhid olan Azərbaycan Ordusunun hərbçilərinin adlarını təqdim edirik:

- Ramil Şirinov 8 avqust 1987-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Orta təhsilini Sumqayıt şəhər 12 saylı məktəbdə alıb. Gəncə Texnologiya Universitetində ali təhsilə yiyələnib.

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis serjantı olan Ramil lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.

Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. İki övladı yadigar qalıb.

- Asim Camalzadə 5 fevral 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 16 saylı məktəbdə təhsil alıb.

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Asim lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.

O, Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

- Zamin Abbasov 8 mart 1993-cü ildə Qubadlı rayonunda anadan olub. Atası Xəqani Abbasov I Qarabağ Müharibəsi veteranıdır. Orta təhsilini Sumqayıt şəhər 24 saylı məktəbdə alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində ali hərbi təhsilə yiyələnib.

 

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Zamin lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.

Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. Bir övladı yadigar qalıb.

- Ramil Rəhimov 1 yanvar 1992-ci ildə Ceyranbatan qəsəbəsində anadan olub. Ceyranbatan qəsəbə 1 saylı məktəbi bitirib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ramil lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. Bir övladı yadigar qalıb.

- Cavid Mirzəyev 14 noyabr 1994-cü ildə Siyəzən rayonunun Gilçay qəsəbəsində anadan olub. Orta təhsilini Sumqayıt  şəhəri 1 saylı məktəbdə alıb. Bakı Slavyan Universitetində ali təhsilə yiyələnib.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Cavid lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. Bir övladı yadigar qalıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Bu gün, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Bu gün, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Oxşar xəbərlər