Novxanı-Binəqədi yolunda küçə işıqlandırılması ilə bağlı şikayət var.
Sumqayit24.az-a bu barədə vətəndaşlar məlumat veriblər.
Sakinlərin sözlərinə görə, Novxanı dairəsindən Novxanı dəmiryol stansiyasına gedən yolda işıq dirəkləri olsa da, işıqlandırma təmin edilmir.
Bildirilib ki, bu vəziyyət həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətində çətinlik yaradır və ərazidə qəza riskini artırır.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin aradan qaldırılmasını tələb edirlər.