QAC-nin Fövqəladə Mobil Könüllü Dəstələrinin (FMKD) üzvləri tərəfindən “İlk Yardım” mövzusunda təlim keçirilib. Bu haqda 7 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Təlim 2 saylı Sumqayıt Regional "ASAN xidmət"də baş tutub. Burada ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-nin rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilir.
Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzuları ətrafında geniş məlumat verib və praktiki məşğələlər nümayiş etdiriblər.