12A marşrut xətti Şəfəq qəsəbə sakinlərinin başağrısına çevrilib.
Sumqayit24.az-a müraciət edən narazı vətəndaşlar bildiriblər ki, sözügedən marşrut avtobusları “Yeni şəhərciyə” 40 dəqiqədən bir gəlir və yarıyolda, yaxud, elə buradaca xarab olub, qalır.
Məhz buna görə avtobuslarda sərnişin sıxlığı yaranır və insanlar bir saatdan çox dayanacaqda gözləməli olurlar.