top
Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – Rəqəmsal məktəbə qoşulmaları nəzərdə tutulur
09 sentyabr 2026, 18:00
- ↺ +

Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – "Rəqəmsal məktəb"ə qoşulmaları nəzərdə tutulur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda 2026-2027-ci tədris ilində "Rəqəmsal məktəb" platformasına 48 məktəbin qoşulması nəzərdə tutulub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, yeni tədris ilində platformaya Abşeron rayonundan 47, Sumqayıt şəhərindən 48, Bakı şəhərindən 15, Gəncədən 50, Mingəçevirdən 29, Naxçıvandan isə 20 məktəbin qoşulması nəzərdə tutulur.

Bununla platformanın əhatə dairəsi daha 209 məktəb genişləndiriləcək.

Yeni tədris ilində "Rəqəmsal məktəb" platformasından ümumilikdə 550-dən çox məktəbin, 225 minə yaxın şagirdin və 15 mindən çox müəllimin istifadəsi nəzərdə tutulur.

Platformanın funksional imkanları da genişləndiriləcək. Belə ki, formativ qiymətləndirmə, davamiyyət və nizam-intizamla bağlı müəllim qeydlərinin valideyn kabinetinə operativ ötürülməsi təmin olunacaq.

Bununla yanaşı, məktəbəhazırlıq qruplarının "Rəqəmsal məktəb" platformasına inteqrasiyası həyata keçiriləcək. Valideynlər direktor qəbuluna yazılarkən müraciət mövzusunu seçə, qəbuldan sonra isə əks əlaqə yarada biləcəklər.

Həmçinin yerdəyişmə edən şagirdlərin qiymətlərinin avtomatik şəkildə yeni məktəbə daşınması təmin olunacaq. Platformada valideyn sorğusu funksionallığı ilə yanaşı, müəllim qiymətləndirməsi imkanlarının da təkmilləşdirilməsi nəzərdə tutulur.

Mənbə: Azərtac

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Oxşar xəbərlər