Sumqayıtda zəncirvari qəza baş verib. Xəsarət alanlar var. Sumqayıt24 bu haqda 15 fevral tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə Niyazi küçəsində qeydə alınıb. “PAZ” markalı avtobusla "Opel" və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə "Hyundai"nin sürücüsü, 32 yaşlı Ruslan Tağıyev və sərnişin, 39 yaşlı Vüqar Verdiyev yaralanıblar.
Onlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri stabildir.
Araşdırma aparılır.