Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunub. Bu haqda 27 mart tarixində Sumqayıt24 teatra istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Dəcəl keçi” tamaşası ilə çıxış edib. Quruluşçu rejissor Ayla Osmanova, quruluşçu rəssam Elşən Sərxanoğludır. Tamaşa Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri əsasında səhnələşdirilib.
Kiçikyaşlı izləyicilər üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir. [modula id="33593"]