Bu gün saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.
Report.az-ın xəbərinə görə, bu barədə zavodun məlumatında deyilir.
Bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək evə buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi araşdırılır.