Sumqayıt şəhərində “Azərişıq” ASC sahibkarlarla görüş keçirib. Sumqayıt24 bu haqda 14 fevral tarixində xəbər verir.
Onlarla elektron xidmətlər barədə maarifləndirici söhbətlər aparılıb, abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub.
Sonda turizm və sənaye sahəsində çalışanların sualları dinlənilib. Qaldırılan bəzi problemlər yerindəcə həllini tapıb.