top
Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
26 fevral 2026, 11:00
- +

Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib

2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 158 ölkəsindən 181,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.

 

Sumqayit24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 20,1 faizi Türkiyə, 8,5 faizi İran, 5,0 faizi Hindistan, 4,9 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,7 faizi Pakistan, 3,1 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,7 faizi İsrail, 2,0 faizi Küveyt, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Türkmənistan və Ukrayna, 13,3 faizi digər ölkələrin vətəndaşları olub.

 

Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini qadınlar təşkil edib.

 

2025-ci ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 7,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 58,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,8 faiz artaraq 81,4 min nəfər təşkil edib.

 

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.

 

2025-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,4 faiz azalaraq 151,9 min nəfər olub. Vətəndaşlarımızın 35,8 faizi Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,0 faiz az), 15,8  faizi Rusiyaya (1,5 faiz çox), 12,3 faizi İrana (13,3 faiz çox), 9,8 faizi Gürcüstana (17,6 faiz az), 26,3 faizi isə digər ölkələrə (1,1 faiz az) gedub. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

 

2026-cı ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,0 faizi hava, 29,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

İdman
Bu gün, 12:10

DİN: Ölkə üzrə 60 cinayət açılıb

Bütün xəbərlər
Bu gün, 11:10

Sumqayıt və sumqayıtlılar əcnəbi futbolçuların gözü ilə

İdman
Bu gün, 10:30

"Sabah" "Barselona"nı bu stadionda QƏBUL EDƏCƏK

Bütün xəbərlər
Bu gün, 09:30

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Oxşar xəbərlər