top
Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alır?
20 may 2026, 13:16
- +

Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alır?

Azərbaycanda ortaaylıq əməkhaqqı məbləği 1151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.2 faiz artıb.

 

Sumqayit24.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

 

Deputat bildirib ki, həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub, onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir:

 

"Ortaaylıq əməkhaqqı məbləğində diqqətçəkən məqamlardan biri sektorlar üzrə fərqdir. Belə ki, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir. Bu sektorda çalışanların ortaaylıq əməkhaqqı məbləği 4581 manatdır. Yəni, neft və qaz sektorunda çalışanlar ölkə üzrə ortaaylıq əməkhaqqı məbləği ilə müqayisədə 4 dəfə çox maaş alırlar. Maliyyə və sığorta sektorunda ortaaylıq əməkhaqqı 2814 manatdır. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əməkhaqqı alanlardır. Bütövlükdə, iqtisadiyyatın 9 sektorunda çalışanlara ölkə üzrə ortaaylıq maaş məbləği ilə müqayisədə daha çox əməkhaqqı təklif edilir".

 

"İqtisadiyyatın 10 sektorunda çalışanların ortaaylıq əməkhaqqı məbləğləri isə ölkə üzrə göstəricidən aşağıdır. Ən aşağı ortaaylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb: 720 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanların ortaaylıq maaşları da aqrar sektorda çalışanların əməkhaqqılarına yaxındır: 768 manat. Ortaaylıq əməkhaqqı məbləği təhsildə 824, elm sənayesində isə 1048 manatdır.

 

Ortaaylıq əməkhaqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımdan vacibdir. Xüsusən də, yalnız dövlət qulluqçularının deyil, bütövlükdə dövlət sektorunda maaş məbləğlərinin optimallaşdırılması prioritet olaraq qalmaqdadır", - V.Bayramov qeyd edib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər