Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib.
Sumqayit24.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.
Xatırladaq ki, yanvar-aprel aylarının yekununda ölkədə orta maaş 6,5 % artmışdı.