Sumqayıtda mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib. Sumqayıt24 bu barədə 17 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN "112" qaynar xəttinə azyaşlıların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunublar. Əməkdaşlar tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.