Uşaqlar Nizami Gəncəvi adına Kitabxana klubunda ekskursiyada olublar. Sumqayıt24 bu barədə 2 sentyabr tarixində Mədəniyyət Xəbərlərinə istinadən xəbər verir.
Tədbirdə 64 nömrəli körpələr evi-uşaq bağçası məktəbəqədər qrupunun şagird və müəllimləri iştirak ediblər. Kitabxana əməkdaşları kitab oxumağın faydalarından danışıblar. Sonra uşaqlar “Nağıl otağı” və oxu zalı ilə tanış olublar.
Tarixi keçmişimizin nümunələri ilə tanış olan kiçik fidanlara “Cırtdanın dili ilə” faydalı tövsiyələr verilib.