Bakı - Xırdalan - Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb. Bu haqda Report xəbər verib.
Məlumata əsasən, 27 sentyabr axşam saatlarında Bakı Dəmir Yolu Vağzalından hərəkətə başlayan qatar 15 dəqiqədən sonra, saat 18:35-də hərəkətini dayandırmışdır. Maşinist bunu texniki problemlə əlaqələndirib.