Sumqayıtda avtomobil sabiq məmuru vuraraq öldürüb. Bu barədə 11 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə dünən axşam saatlarında, dənizkənarı bulvar ərazisində qeydə alınıb. “Chevrolet” markalı avtomobil, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən Çingiz Alxanlı vurub. Nəticədə kişi yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisidir. O, dünyaşöhrətli "FİKA MONTİNO" brendinin yaradıcısı - Fikrət Allahverdiyevin qudası olub. [modula id="24826"]