top
Bakı-Sumqayıt avtobusları YENİLƏNƏCƏK
11 iyul 2025, 02:46
- +

Bakı-Sumqayıt avtobusları YENİLƏNƏCƏK

Sumqayıtda marşrut avtobusları yenilənəcək.

Yay fəsli olduğu üçün ictimai nəqliyyatda kondisionerin, havalandırmanın olması sərnişinlər üçün önəmlidir. Ancaq köhnə tipli avtobuslarda bu imkanlar yoxdur. Üstəlik, bəzi ərazilərdə fəaliyyət göstərən köhnə avtobusların vaxtaşırı sıradan çıxması, qapı-pəncərəsinin qırıq-sökük, salonunun natəmiz olması müasir dövrün tələblərinə zidd haldır. Aidiyyəti qurum tərəfindən zaman-zaman xəttdə köhnə marşrutların qalmayacağını, istismar müddətini bitirən avtobusların yeniləri ilə əvəzlənəcəyini bildirilsə də, nəticə dəyişmir.

123 nömrəli Bakı-Sumqayıt marşrutları da həmin avtobuslara daxildir. Hərəkət qrafiki xeyli uzun olan bu avtobusların vəziyyəti qənaətbəxş deyil, rahat şəraiti olmayan avtobuslarda hərəkət edən sərnişinlər xüsusilə isti havada əziyyət çəkirlər.

Bəs bu avtobusların, ümumiyyətlə istifadədə olan digər köhnə marşrutların da yenilənməsi planlaşdırılır?

Bizim.Media mövzuyla bağlı AYNA-ya sorğu ünvanlayıb. Agentlikdən verilən cavabda bildirilib ki, Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda müsabiqəyə çıxarılaraq balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir:

“Görülən işlər çərçivəsində sözügedən müntəzəm marşrutların da müsabiqəyə çıxarılaraq avtobusların yeniləri ilə əvəz edilməsi nəzərdə tutulub”, - deyə qeyd olunub.

AYNA-dan bildirilib ki, agentlik tərəfindən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

“Dövlətin təşəbbüsünü dəstəkləyən özəl daşıyıcı şirkətlər də ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edən müasir nəqliyyat vasitələrini alır. İlin əvvəlindən 2025-ci ildə alınması planlaşdırılan 100 yeni avtobusdan 44-ü artıq gətirilərək paytaxt marşrutlarında istismara verilib. Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur”.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Dünən, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Dünən, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Bütün xəbərlər
Dünən, 09:15

Sakinlərə şad xəbər - Saray küçələrinə "zebralar" çəkiləcək

İdman
09 sentyabr 2026, 19:00

"Sumqayıt" "Şamaxı" ilə oyuna itki ilə çıxacaq? - AÇIQLAMA

Bütün xəbərlər
09 sentyabr 2026, 18:00

Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – "Rəqəmsal məktəb"ə qoşulmaları nəzərdə tutulur

Oxşar xəbərlər