Bu gündən etibarən Bakı-Sumqayıt sürət elektrik qatarının əvvəlki qrafiki bərpa olunur. Bu barədə 15 sentyabr tarixində Dəmir Yollarına istinadən məlumat veririk.
Hərəkət cədvəlində dəyişiklik edilmiş bəzi reyslər ənənəvi qrafik üzrə fəaliyyət göstərəcək. Bakı-Xırdalan-Sumqayıt-Bakı sürət elektrik qatarlarına minmə-düşmə də əvvəlki qaydada, Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində aparılacaq.
Daha öncə adıçəkilən qatarın hərəkət cədvəlində bəzi reyslərin vaxtında dəyişiklik ediləcəyi haqda məlumat vermişdik.
21 oktyabr 2021-ci ildən qüvvədə olan qatarların ənənəvi hərəkət cədvəli təqdim olunur:[modula id="22308"]