Bakı-Sumqayıt yolunda kilometrlərlə uzanan tıxac yaranıb. Bu barədə 19 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Bu dəfə avtomobil sıxlığı hər zamankı kimi “Xırdalan dairəsi”ndən yox, “Riyad” T/M-in önündən başlayıb və 20 Yanvar ərazisinədək çatıb. Bu səbəbdən insanlar 30-40 dəqiqəyə qət etdikləri yolu 2 saata yaxın vaxta keçə biliblər.
Tıxac daha çox təhsil müəssisələrinin açılması ilə əlaqələndirilir.