Bu gün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verib.
Sumqayit24.az xəbər verir ki, Bakı-Xırdalan-Sumqayıt xətti üzərində yerləşən dayanacaqda turniket binaları, yerüstü keçid və 4 platforma artıq sərnişinlərin xidmətindədir.
Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişləndirərək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan edilir.