Sumqayıtlı müəllim təltif olunub. Sumqayıt24 bu barədə 5 oktyabr tarixində Təhsil Respublika İdman Mərkəzinə istinadən xəbər verir.
Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər idman-şahmat məktəbinin boks bölməsinin məşqçi-müəllimi Elbrus Rzayev “Tərəqqi medalı“ ilə təltif olunub.