top
Bootid meteor yağışı olacaq
08 iyun 2026, 17:25
- +

Bootid meteor yağışı olacaq

22 iyun - 2 iyul tarixlərində Bootid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumunun iyunun 27-də Bakı vaxtı ilə təxminən saat 21:00-da baş verəcəyi gözlənilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu meteor yağışının radiantı Çoban (Bootes) bürcündə yerləşdiyindən belə adlanır.

Bakıdan baxdıqda radiant bütün gecə ərzində üfüqdən yuxarıda olur və müşahidə üçün əlverişli şərait yaradır. Bu meteor yağışının mənbəyi "7P/Pons-Winnecke" kometasıdır. Bu kometa 1819-cu ildə kəşf edilib və Günəş ətrafında təxminən 6.37 ilə bir dövr edir. Kometanın orbiti boyunca qoyduğu toz və kiçik qaya hissəcikləri Yer orbitini kəsdikdə meteor yağışı yaradır.

Meteorlar Yer atmosferinə daxil olarkən təxminən 18 km/san sürətlə hərəkət edirlər. Bu sürət digər məşhur meteor yağışları ilə müqayisədə nisbətən kiçikdir. Buna görə də Bootid meteorları səmada daha yavaş hərəkət edən və uzun iz buraxan meteorlar kimi görünə bilər. İyun Bootidləri çox dəyişkən meteor selidir. Adi illərdə maksimum fəallıq zamanı saatda yalnız 1-5 meteor müşahidə olunur. Lakin tarixdə bəzi qeyri-adi fəallıq partlayışları qeydə alınıb. 1916-cı ildə saatda yüzlərlə meteor, 1998-ci ildə saatda təxminən 50-100, 2004-cü ildə isə saatda 20-50 meteor müşahidə edilib. 2026-cı ildə yağışın zəif və ya orta fəallıq göstərməsi gözlənilir. Bundan əlavə, maksimum dövrə yaxın Ay, demək olar ki, Tam Ay (bədirlənmiş) fazasında olacaq və güclü Ay işığı zəif meteorların görünməsini çətinləşdirəcək.

İyun Bootid meteor yağışı hər il müşahidə olunsa da, gözlənilməz fəallıq partlayışları göstərə bilməsi səbəbindən xüsusi maraqla izlənilən meteor sellərindən biridir. Bu selin tədqiqi kometaların təkamülü və Günəş sisteminin kiçik cisimlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər