Bu gün Sumqayıtda 35 mindən çox şagird məktəblərdə yeni tədris ilinə başlayıb. Bu haqda Sumqayıt24 Xeberle.com-a istinadən xeber verir.
Əyani keçirilən ilk təhsil günündə şagirdlərdən 4775-i 9-cu sinif, 3513-ü isə 11-ci sinifə gediblər.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən təhsil müəssisələrində 2021-2022-ci tədris ili sanitar-epidemioloji normalara uyğun həyata keçiriləcək.