Əbdülməcid Nadirşah oğlu Axundov 1993-cü ilin oktyabrın 15-də Sumqayıt şəhərində anadan olub. 2010-cu ildə 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub. Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Aprelin 9-u qəhrəmanımız Sumqayıt Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.
Əbdülməcid Axundov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.