Bu gün Vətən müharibəsi şəhidi Emil Əliyevin anım günüdür.
Emil Əziz oğlu Əliyev 1993-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub. 2000-2011-ci illərdə 29 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra Dövlət Aqrar Universitetində təhsilini davam edib. Emil 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək böyük şücaət göstərib.
Vətən müharibəsi başlayanda Əliyev könüllü olaraq Qarabağa savaşmağa gedib. Müxtəlif istiqamətlərdə döyüşlərə qatılan qəhrəmanımız oktyabrın 6-da Füzuli və Cəbrayıl rayonları uğrunda adını tarixə yazaraq şəhidlik zirvəsinə ucalıb. O, Sumqayıt Şəhidlər xiyabanında böyük coşqu ilə torpağa tapşırılıb.
Ölümündən sonra "Füzulinin azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.