Şəhidimiz doğum günündə anılacaq. Bu barədə 11 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Baş leytenant Hüseyn Nəcəfzadə 11 oktyabr 1997-ci ildə anadan olub. Onun mövludu münasibətilə bu gün saat 11:00-da Saray qəsəbəsinin “Yetər” Şadlıq Sarayında məclis keçiriləcək.
Qeyd edək ki, o, sentyabr ayında düşmən qüvəllərin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman Kəlbəcərdə şəhidlik zirvəsinə ucalıb.