Saleh Səxavət oğlu Nuriyev Vətən müharibəsinin ən gənc şəhidlərindən biridir.
Saleh 18 iyul 2002-ci ildə Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsi zamanı Nuriyev Qubadlı və Cəbrayıl döyüşlərində savaşıb. Saleh kabel-xətt manqasının xətt nəzarətçisi kimi xidmətini yerinə yetirib. Qubadlı uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub. Oktyabrın 18-i qəhrəmanımız Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Saleh Nuriyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.