Bu gün ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirilir.
Sumqayit24.az xəbər verir ki, ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunur.
Bu il ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 minə yaxın, IX sinifləri üzrə isə təxminən 158 min şagird məzun olur.
Redaksiyamız məzun adını qazanan bütün şagirdləri təbrik edir və hər birinə müvəffəqiyyətlər arzulayır.
Yolunuz açıq, uğurlarınız bol olsun!