"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib və 10 oktyabr 2026-cı il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən əldə edə bilərlər:
"Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər".