Sumqayıt və Bakıda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təmir işləri aparılacaq.
Sumqayit24.az etender.gov.аz-a istinadən xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən satınalma prosesi elan edilib.
Layihə çərçivəsində işlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 7 milyon 886 min manat müəyyənləşdirilib.
Məlumata əsasən, görüləcək işlər arasında binaların əsaslı təmiri, kommunal-kommunikasiya sistemləri ilə bağlı işlər və abadlıq tədbirləri yer alır.