Çinin Zhengzhou Tibb Universitetində təhsil alan sumqayıtlı Fateh Novruzlu oxuduğu təhsil müəssisəsinin önündə Azərbaycan bayrağındakı rəng xətasını görərək dərhal onu düzəldib.
Sumqayit24.az xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan F. Novruzlu 656,8 balla Azərbaycan Tibb Universitetinə qəbul olub. O, hazırda təhsilini Çində davam etdirir.
Həmyerlimiz yad ölkədə Azərbaycan bayrağındakı səhvi aradan qaldıraraq milli atributumuza sahib çıxıb və üçrəngli bayrağımızın düzgün dalğalanmasını təmin edib.