Azərbaycanda müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Sumqayit24.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Sumqayıt şəhəri üzrə 10V nömrəli şəhərdaxili, habelə Sumqayıt-Qusar, Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu və Balakən-Sumqayıt şəhərlərarası avtobus marşrutları da müsabiqəyə çıxarılanlar siyahısındadır.
Sənədlər 5 noyabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.