Sumqayıt bulvarında çalışan əməkdaşlar üçün üçün xüsusi geyim və ayaqqabılar alınacaq.
Sumqayit24.az etender.gov.az-a istinadən xəbər verir ki, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən "Sumqayıt Bulvar" MMC tərəfindən satınalma həyata keçirilib.
Tender çərçivəsində işçilər üçün yay və qış geyim formaları, xüsusi təyinatlı ayaqqabılar, yağmurluqlar, papaqlar, qoruyucu geyimlər və digər ləvazimatların alınması nəzərdə tutulub.
Məlumata əsasən, satınalmanın ehtimal olunan qiyməti 73 min 305 manat 70 qəpik müəyyən edilib. Tenderin qalibi "GİLL MED" QSC olub. Müqavilə üzrə təklif olunan qiymət isə 31 min 159 manat 8 qəpik təşkil edib.