Sumqayıtın Nizami küçəsindəki avtobus dayanacağındakı vəziyyət narazılıq yaradıb.
Sumqayit24.az-a bu barədə yerli sakinlər məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, 3-cü məhəllədə, Sumqayıt Şəhər İcra Hakimiyyəti binasının yaxınlığında yerləşən 15 və 30 nömrəli avtobus marşrutlarının dayanacağındakı oturacaqlar istifadəyə yararsız vəziyyətdədir.
Belə ki, adıçəkilən yerdə oturacaqlar olduqca aşağı hündürlükdədir və vətəndaşların istifadəsi üçün uyğun deyil.
Bildirilib ki, xüsusilə yaşlılar belə vəziyyətdən olduqca əziyyət çəkirlər.
Şikayətçilər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemin tezliklə həll edilməsini tələb edirlər.