Sumqayıtda fəaliyyət göstərən şirkət bağlanır.
Məlumata görə, gəmiçilik, dəniz nəqliyyatı və texniki dəstək sahəsində fəaliyyət göstərən "Global Ship Solutions" MMC ləğv olunur.
Xatırladaq ki, şirkət Rusiya xam neftini daşıyan gəmiləri idarə etdiyi üçün 2026-cı ilin iyun ayında Avropa İttifaqı və beynəlxalq sanksiyalara məruz qalıb. Belə ki, MMC Rusiyadan ixrac edilən xam neft və neft məhsullarını daşıyan "Fulger", "Deneb", "Odune" tankerlərinin texniki idarəetməsini həyata keçirib.
"Global Ship Solutions" MMC-nin qanuni təmsilçisi Natia Varshanidze, hüquqi ünvanı isə Sumqayıt şəhəri, Bakı küçəsi, ev 7A, m.65-dir.
Mənbə: Olke.аz